Fevralın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölməsi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Şəmkir rayonlarında yerləşən “N” saylı hərbi hissədə “Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin aparıcı məsləhətçisi Vüqar Əliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Ruhid Hacıyev, hərbi hissənin şəxsi heyəti iştirak edib.
Fevralın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Beyləqan rayonu “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Gənclərin dini radikalizm və ekstremizm təhlükəsindən qorunması” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, Qarallar kənd məscidinin imamı Səbuhi İbadov, eləcə də şəxsi heyət iştirak edib.
Çıxışlar zamanı dini radikalizm, ekstremizm və onların mahiyyəti barədə məlumat verili. Cəmiyyətin kənar təsirlərdən, yad dini ideologiyalardan və zərərli vərdişlərdən qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar.