Şəkidə Xocalı qurbanlarının xatirəsi anılıb
27 fevral 2025, 09:00
Fevralın 26-da Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə Şəki şəhərində anım tədbirləri keçirilib. Tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölməsinin əməkdaşları, dini icma sədrləri, din xadimləri, islam və qeyri-islam dini konfessiyalarının nümayənədləri iştirak ediblər.
Xocalı faciəsi qurbanlarının xatirələri yad edilib, şəhidlərin ruhuna dualar oxunub.