Şəkidə “Xocalı faciəsi: tarixin silinməz səhifəsi” mövzusunda maarifləndirici tədbir keçirilib
25 fevral 2025, 08:36

Fevralın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki regional bölməsinin təşkilatçılığı ilə Şəki Dövlət Regional Kollecində “Xocalı faciəsi: tarixin silinməz səhifəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin məsləhətçisi Minarə Məmmədhüseynova, Kollecin direktoru Sərdar Şərifov, kollecin müəllim və tələbələri iştirak edib.

Çıxışlar zamanı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən Xocalı şəhərinin zəbt edilməsindən və əhaliyə qarşı törədilmiş qətliamdan bəhs edilib. Həmçinin, çıxış edən natiqlər qeyd ediblər ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbə də bu faciənin qisası idi.