Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
Sentyabrın 13-də Şəki Qız Quran kursunda “Vətənpərvərlik nümunəsi: şəhidlik və qazilik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki regional bölməsinin təşkilatçılığı ilə baş tutan tədbirdə DQİDK-nın Şəki regional bölməsinin əməkdaşı Minarə Məmmədhüseynova, müəllim və tələbələr iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, Azərbaycan xalqı hər zaman gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə inam hissini gücləndirir.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.