Noyabrın 26-da Şəki rayonu Baş Laysqı kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsi, rayon Təhsil Sektoru və Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Qızların təhsildən yayındırılmasının hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda maarifləndirici tədbir baş tutub.
Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin məsləhətçisi Minarə Məmmədhüseynova, təşkilatçı qurumların nümayəndələri, məktəb müəllimləri və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı qızların təhsil almasının cəmiyyətin inkişafına göstərdiyi müsbət təsirlər, eləcə də onların təhsildən yayındırılmasının yaratdığı hüquqi, sosial və mənəvi problemlər barədə geniş məlumat verilib. Qeyd olunub ki, hər bir qızın təhsil almaq hüququnun qorunması həm ailənin, həm də cəmiyyətin üzərinə düşən vacib məsuliyyətlərdəndir.
Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.