Şəkidə “Qızların təhsildən yayındırılmasının hüquqi və mənəvi məsuliyyəti” mövzusu müzakirə olunub
18 aprel 2022, 08:36

Aprelin 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki  bölgəsi üzrə şöbəsi və mərkəzi “Cümə” məscidinin nəzdində fəaliyyət göstərən Şəki Mərkəzi Qız Quran kursunun birgə təşkilatçılığı ilə “Qızların təhsildən yayındırılmasının hüquqi və mənəvi məsuliyyəti” mövzusunda seminar keçirilib.

“Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq keçirilən tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Minarə Calalzadə, Şəki Mərkəzi Qız Quran kursunun nümayəndəsi Rahilə Babayeva, həmçinin müəllim və tələbələr iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyəti qeyd olunub. Qızların təhsildən yayındırılmasının hüquqi və mənəvi məsuliyyəti izah edillib. Xüsusilə erkən nikahların qızların təhsildən yayınmasına səbəb olduğu vurğulanıb.

Seminarda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.