Şəkidə milli-mənəvi dəyərlərimizə həsr olunmuş tədbir baş tutub
16 noyabr 2021, 07:52

16 noyabrda Şəkidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda onlayn seminar keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları, ziyalılar və gənclər iştirak ediblər.

Çıxışlar zamanı vurğulanıb ki, 44 gün davam edən Vətən müharibəsi otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Qeyd olunub ki,  qələbəmizin təmin olunmasında xalqımızın birliyi, həmrəyliyi, milli-mənəvi dəyərlərimiz, multikultural cəmiyyətimiz böyük əhəmiyyət daşıyıb.