Şəkidə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusu müzakirə olunub
28 aprel 2025, 02:36

Aprel 25-də Şəki şəhəri 8 nömrəli beynəlmiləl tam orta məktəbdə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin məsləhətçisi Minarə Məmmədhüseynova, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Çıxışlarda ölkəmizdə uşaqların hərtərəfli inkişafı və keyfiyyətli təhsil almaları üçün dövlət tərəfindən şəraitin yaradıldığı vurğulanıb. Onların milli-mənəvi dəyərlər və Azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşmalarının əhəmiyyəti qeyd edilib.
Çıxış edənlər məktəblilərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyini qeyd edərək, bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən danışıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.