Şəkidə maarifləndirmə tədbirləri keçirilib
09 oktyabr 2024, 03:30

Oktyabrın 8-də “Ailə münasibətlərinin cəmiyyətin inkişafında rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin əməkdaşı Saleh Məmmədov, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin sektor müdiri Elvin Qarayev, “Ömər əfəndi” məscidinin imam müavini Araz İbrahimli, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, ailə vətəndaş cəmiyyətini formalaşdıran əsas elementlərdən biri sayılır. Ailə hər bir cəmiyyətin sosial strukturunun mühüm komponenti olub çoxlu sosial funksiyalar yerinə yetirməklə onun inkişafında mühüm rol oynayır. O da vurğulanıb ki, ailənin cəmiyyətdə oynadığı mühüm rollardan biri onun şəxsiyyətin, xüsusilə də uşaqların şəxsiyyəti kimi formalaşması ilə bağlıdır. Şəxsiyyət amili vətəndaş cəmiyyətində diqqət yetirilən əsas elementlərdəndir. 

Tədbir müzakirələrlə davam etdirilib.