Şəkidə maarifləndirmə tədbiri keçirilib
25 iyun 2025, 03:24

İyunun 24-də Şəki Tibb Kollecində Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə “Gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin aparıcı məsləhətçisi Saleh Məmmədov, Şəki şəhəri “Xan” məscidinin imam müavini Habil Xəlilov və tələbələr iştirak ediblər.

Bildirilib ki, milli kimliyin əsas sütunlarından biri də tarixə, dilə, dinə və mədəniyyətə olan hörmət və sədaqətdir. Milli-mənəvi dəyərlərin tərənnümündə ailənin, məktəbin və ictimai institutların rolundan bəhs edilib. Çıxışlarda həmçinin gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsinin dövlətin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.