Şəkidə maarifləndirmə tədbiri keçirilib
19 dekabr 2024, 05:46

Dekabr 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki regional bölməsi və Şəki 4 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Müəllimlərin və şagirdlərin iştirakı ilə baş tutan tədbirdə DQİDK-nın Şəki regional bölməsinin əməkdaşı Saleh Məmmədov, Milli Məclisin Şəki şəhəri üzrə deputatı Vüqar İsgəndərovun köməkçisi Anar Nağıyev, şəhər “Xan” məscidinin imam müavini Habil Xəlilov, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda gənc və yeniyetmələr arasında ciddi təhlükəyə çevrilən narkomaniya ilə mübarizə metodlarından ətraflı bəhs edilib. Vurğulanıb ki, narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır. Yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində işlərin görüldüyü qeyd edilib.  

Sonda iştirakçıların sualları cavablandırılıb.