Şəkidə maarifləndirici tədbir keçirilib
27 aprel 2022, 08:28

Aprelin 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki  bölgəsi üzrə şöbəsi və Mərkəzi Cümə məscidinin nəzdində fəaliyyət göstərən Şəki mərkəzi Qız Quran kursunun birgə təşkilatçılığı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasında dini icmaların rolu”  mövzusunda maarifləndirici tədbir keçirilib.

“Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər planına” uyğun olaraq keçirlən tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Minarə Calalzadə, Şəki Mərkəzi Qız Quran kursunun nümayəndəsi Rahilə Babayeva, həmçinin müəllim və tələbələr iştirak ediblər.

Çıxışlar zamanı uşaqların doğulanadək cinsinin seçilməsinin qarşısının alınması, ailələrdə doğulan uşaqlar arasında qız uşağına nisbətən oğlan uşağına üstünlük verilməsinin azaldılması, cəmiyyətdə gender bərabərliyinin önəmi, selektiv abortun qanuni, tibbi və dini cəhətdən qadağa və zərərləri vurğulanıb. 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.