Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
Noyabrın 30-da Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Taleh Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Kamran Məmmədov, Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəfail Mənəfov, YAP-ın Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı Ümummilli Liderimiz Heydər Əliyevin gənc nəslin yetişdirilməsində milli-mənəvi dəyərlərin roluna verdiyi önəm qeyd edilib. Eyni zamanda natiqlər Ümummilli Liderimizin uğurlu siyasətindən, şərəfli həyat və fəaliyyətindən bəhs ediblər.
Konfrans müzakirələrlə davam edib.