Sentybarın 9-da Şəki şəhərində Azərbaycan Respublikasının Dövlət Komitəsinin Şəki regional bölməsi və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “Sülh aylığı" çərçivəsində "Dinlər sülhə və qarşılıqlı anlayışa çağırır" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin aparıcı məsləhətçisi Saleh Məmmədov, şəhər Mərkəzi “Cümə” məscidinin imamı Müşfiq Xəlilov, Şəki Regional Elmi Mərkəzin direktor müavini Kamil Adışirinov, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda ölkəmizdə mövcud olan tolerantlıq və multikultural dəyərlər, müxtəlif dini konfessiyaların nümayəndələrinə göstərilən diqqət və qayğıdan bəhs olunub. Vurğulanıb ki, bu gün də dövlətimizin əsas prioritetlərindən biri dini tolerantlığın və dinlərarası dialoqun qorunması və təşviqidir. O da bildirilib ki, dinlər, mahiyyət etibarilə, insanları birliyə, mərhəmətə və sülhə çağırır. Dinlər arasında anlayış və qarşılıqlı hörmət, cəmiyyətin sabitliyi və davamlı inkişafı üçün mühüm şərtdir.
Sonda iştirakçıların sualları cavablandırılıb.