Şəkidə dini radikalizm mövzusu müzakirə olunub
11 avqust 2023, 08:04
Avqustun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ( DQİDK) Şəki bölgəsi üzrə şöbəsi və Şəki şəhər mərkəzi “Cümə” məscidinin nəzdində fəaliyyət göstərən Mərkəzi Qız Quran kursunun birgə təşkilatçılığı ilə “Radikalizm və ekstremizmin mahiyyəti və gənclərə mənfi təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Minarə Məmmədhüseynova, kursun nümayəndəsi Rahilə Babayeva, müəllimlər və tələbələr iştirak ediblər.
Çıxışlar zamanı natiqlər radikalizmin və ekstremizmin mahiyyətindən danışıblar. Natiqlər dini radikalizm və ekstremizmlə mübarizədə milli-mənəvi dəyərlərimizin təbliği, multikultural ənənələrimizin inkişafının əhəmiyyətindən də bəhs ediblər.
Sonda tədbir iştiraçkılarını maraqlandıran suallar cavablandırılıb.