Şəkidə din xadimlərinin iştirakı ilə tədbir keçirilib
11 mart 2025, 09:36

Martın 10-da Şəki şəhər Heydər Əliyev Mərkəzində Dövlət Komitəsinin Şəki regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Ramazan sülh, yardımlaşma və həmrəylik ayı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin İsmayılov, QMİ-nin bölgə qazısı Kamran Məmmədov, Şəhər İcra Hakimiyyətinin əməkdaşı Yaşar Abdurəhimov, din xadimləri, icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda natiqlər Azərbaycan xalqının milli birliyinin möhkəmlənməsində və dini vəhdətin yaranmasında mənəvi dəyərlərimizin rolu danılmazdır. Diqqətə çatdırılıb ki, xalqımız tarixin ən çətin dövrlərində də öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini qoruyub.

Tədbir müzakirələrlə davam etdirilib.