Yanvarın 23-də Şəki İslam Kollecində “Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin əməkdaşı Saleh Məmmədov, müəllimlər və tələbələr iştirak edib.
Çıxışlarda xalqımızın zəngin mənəvi dəyərlərinin milli birliyimizin möhkəmlənməsindəki əhəmiyyəti vurğulanıb. Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimizin bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərdiyi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynadığı diqqətə çatdırılıb. Azərbaycanda yaşayan müxtəlif millətlərin, dinlərin və məzhəblərin nümayəndələri arasında tarixən həmrəylik, sülh və vəhdətin hökm sürdüyü qeyd edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.