“Şəfaətçi İsa Məsih” kiçik katolik kilsəsi
11 iyun 2015, 23:35
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu
Kilsə “Gənclik” metrosunun yaxınlığındakı katolik prixodunun ikimərtəbəli həyət evində yerləşir. Həmin 7 otaqlı binanın birinci mərtəbəsindəki iri zal “Şəfaətçi İsa Məsih” məbədi üçün ayrılıb. İbadətgahda eyni anda 42 nəfər dini ayin yerinə yetirə bilir. Dini ayinlər rus dilində keçirilir. Bundan başqa, kilsənin olduğu binada Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisinin ofisi və "Salezian rahibləri"nin monastırı qərarlaşıb.