İyunun 7-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə şəhər Nizami rayon bələdiyyəsində "Seçim həmişə var: narkotik vasitələrə "Yox" deməyi bacar" adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin müdir muavinləri Elmar Fətəliyev və Faiq Əsgərov, bələdiyyə sədri Qoşqar Məmmədov, bələdiyyə üzvləri və psixoloqlar iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, müasir dünyamızın ən mühüm problemlərindən biri olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkməkdədir. Eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə ətraflı məlumat verilib.