Saray "Cümə" məscidi
16 aprel 2015, 07:17

Ünvan: Bakı şəhəri, Abşeron rayonu, Saray qəsəbəsi

Saray "Cümə" məscidi Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə - 1993-cü ildə yerli sakinlər tərəfindən inşa edilmişdir. Məscid binasının daxili sahəsi 374 kvadratmetrdir. İbadət zalında eyni vaxtda təxminən 400 nəfərin namaz qılması mümkündür. Qadınlar üçün 120 kvadratmetrlik xüsusi ibadət zalı ayrılmışdır. 4,5 metr diametrində olan günbəz və düzbucaqlı tavan daxildən səkkiz sütunun üzərində dayanır.