Samuxda şagirdlər arasında maarifləndirmə işləri aparılıb
17 aprel 2024, 04:17

Aprelin 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Samux Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Tatlı kənd ümumi orta məktəbində “Gəncləri təhsilə yönəldək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, rayon Polis Şöbəsinin nümayəndəsi İlqar Verdiyev və məktəblilər iştirak ediblər. Çıxışlarda mövzunun əhəmiyyəti vurğulanıb.