İyulun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə–Daşkəsən Regional bölməsi, Samux Rayon İcra Hakimiyyəti və Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Radikal ideologiyaların qarşısının alınmasında maarifləndirmənin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə–Daşkəsən regional bölməsinin əməkdaşı Rövşən Hacıyev, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Ağaəli Həsənov, Rayon Gənclər və İdman sektorunun müdiri Rasim İmamquliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər radikalizmin cəmiyyət üçün yaratdığı təhlükələrdən, dini maarifləndirmə işinin bu təhdidlərin qarşısının alınmasında oynadığı roldan danışıblar. Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyi vurğulanıb.
Tədbir iştirakçılarla geniş fikir mübadiləsi ilə davam edib, mövzu ətrafında suallar cavablandırılıb.