Samuxda "Radikal dini təsirlərdən qorunmağın yolları" mövzusu müzakirə olunub
26 fevral 2024, 02:51

Fevralın 23-də Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Samux rayon Sərkar kənd tam orta məktəbində "Radikal dini təsirlərdən qorunmağın yolları" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, rayon Polis Şöbəsinin nümayəndələri İlqar Verdiyev,  Arzu Məmmədov və məktəblilər iştirak ediblər.  

Çıxışlarda dini radikalizmin törədə biləcəyi bəlalardan bəhs olunub. Habelə dini radikalizm və ekstremizmə qarşı mübarizə sahəsində aparılan tədbirlər barədə geniş məlumat verilib.