Samuxda "Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları"  mövzusu müzakirə olunub
24 yanvar 2025, 08:51

Yanvarın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Samux Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları"  mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Rövşən Hacıyev, Samux RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Emin Şəmmədov və məktəblilər iştirak ediblər.

Çıxışlar zamanı dini radikalizm, ekstremizm və onların mahiyyəti barədə məlumat verilib. Yeniyetmə və
gənclərin radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. 
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.