Samuxda maarifləndirmə tədbirləri keçirilib
13 fevral 2024, 05:49
Fevralın 13-də Samux rayonunun Ziyadlı kənd tam orta məktəbində "Erkən nikahın fəsadları" mövzusu müzakirə olunub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, rayon Polis Şöbəsinin nümayəndəsi Arzu Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda erkən nikah problemindən və onun fəsadlarından ətraflı bəhs edilib. Qeyd olunub ki, bu problemlərin həll olunması və aradan qaldırılmasında maarifləndirmə işlərinin aparılması vacibdir.