Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi, Samux Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Elton İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbində "Multikulturalizm və tolerantlıqda dünyaya nümunəyik" mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova, Rayon Polis Şöbəsinin rəis müavini Arzu Məmmədov, Veteranlar Şöbəsinin sədri Məmməd Nəsibov, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətindən danışılıb. Bildirilib ki, Azərbaycan tolerant dövlətdir, burada məscid, kilsə və sinaqoqlar yanaşı fəaliyyət göstərir, hər üç dinə etiqad edənlər öz inanclarında azaddırlar.