Samuxda maarifləndirmə tədbiri keçirilib
20 fevral 2024, 06:04
Fevralın 20-də Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Samux rayon Qovlarsarı kənd tam orta məktəbində “Zərərli vərdişlərə yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, rayon Polis Şöbəsinin nümayəndəsi Arzu Məmmədov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda zərərli vərdişlər və onların fəsadları haqqında məlumat verilib, gənclərin və yeniyetmələrin bu istiqamətdə maarifləndirilməsinin vacibliyi bildirilib. Bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb.
Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.