Samuxda "Dinimiz və milli-mənəvi dəyərlərimiz" mövzusu müzakirə olunub
29 mart 2023, 03:55
Martın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi, Samux Rayon İcra Hakimiyyəti və rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Qovlarsarı kənd tam orta məktəbində "Dinimiz və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, RİH başçısının müavini Kəmalə Xəlilova, Rayon Polis Şöbəsinin rəis müavini Arzu Məmmədov, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Bildirilib ki, Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.