Samuxda “Dini radikalizmin fəsadları və ondan qorunmağın alternativ yolları” müzakirə olunub
31 avqust 2022, 06:49

Avqustun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə  Samux rayon Mədəniyyət Mərkəzində “Dini radikalizmin fəsadları və ondan qorunmağın alternativ yolları” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşları Rövşən Hacıyev, Kamal Ələkbərov, eləcə də Samux rayon Mədəniyyət Mərkəzinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı dini radikalizm və ekstremizm haqqında geniş məlumat verilib və bu təhlükələrdən  qorunmağın alternativ yollarından söhbət açılıb. Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri, bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Çıxış edənlər radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyini qeyd edərək, Azərbaycan xalqının zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.