Samuxda dini radikalizm mövzusu müzakirə olunub
10 mart 2023, 08:41

Martın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Samux Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə 1 saylı tam orta məktəbində “Dini radikalizmə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyəti" mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Rayon Polis Şöbəsinin rəis müavini Arzu Məmmədov, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən, radikal düşüncələrin dini dəyərlərimizə vurduğu zərərlərdən danışılıb, dini radikalizm təzahürlərinin aradan qaldırılmasında maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulanıb.