Samuxda dini radikalizm mövzusu müzakirə olunub
14 fevral 2023, 07:23

Fevralın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi, Samux Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvi adına Sərkar kənd tam orta məktəbində “Gənclərimizi dini radikalizmin təsirlərindən necə qoruyaq?” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova, Rayon Polis Şöbəsinin rəis müavini Arzu Məmmədov, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlarda dini radikalizmə qarşı həyata keçirilən mübarizə tədbirlərinin əhəmiyyətindən bəhs edilib. Bu istiqamətdə maarifləndirmə işlərinin vacibliyi diqqətə çatdırılıb.