Avqustun 26-da Şamaxı şəhəri “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslamın sosial balans və harmoniya prinsipinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşları Cavid Əhmədov və Nahid Babaşov, Şamaxı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşad Əliyev, Qobustan RİH-nin əməkdaşı Amil Vəzirli, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mərəhmət Mustafayev, QMİ-nin Şamaxı rayonu üzrə səlahiyyətli nümayəndəsi Elşən Rustamov, eləcə də din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda İslamın sosial ədalət, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinin cəmiyyətin inkişafında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Eyni zamanda, din xadimləri və nümayəndələri arasında fikir mübadiləsi aparılaraq, sosial sabitliyin qorunması və dini birliklərin rolunun artırılması məsələləri müzakirə olunub. Belə tədbirlərin dini və ictimai birliklərin möhkəmlənməsinə xidmət etdiyi qeyd olunaraq, gələcəkdə də bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
Tədbir müzakirələrlə davam etdirilib.