Sentyabrın 24-də Şamaxı şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə “Dəmir yumruq: güclü lider, rəşadətli ordu və xalq birliyinin təcəssümü” maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin müdiri vəzifəsini icra edən Elnur Mehdiyev, Şamaxı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşad Əliyev, Qobustan RİH-in əməkdaşı Vasif Zamanov, QMİ-nin bölgə qazısı Mərəhmət Mustafayev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlar zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi şücaətlərdən danışılıb. Qeyd edilib ki, dilindən, dinindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni amal uğrunda bir yumruq kimi birləşərək bu tarixi zəfər üçün zəmin yaratdı. Çıxışlarda xalq-iqtidar-ordu birliyi əsasında qazanılmış şanlı tarixi zəfərimiz nəticəsində hazırda düşməndən xilas edilən ərazilərimizdə Azərbaycan bayrağı dalğalandığı da xüsusi qeyd edilib.
Tədbir müzakirələr ilə yekunlaşıb.