Oktyabrın 18-də Şamaxı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Mərəhmət Mustafayev, Şamaxı və Qobustan rayon icra hakimiyyətlərinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinləri Rəşad Əliyev, Aftandil Şikarov, eləcə də adları çəkilən rayonlarda fəaliyyət göstərən rəsmi din xadimləri iştirak ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin dinə və dindarlara diqqət və qayğısından bəhs olunub. Eyni zamanda, milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşməsi vurğulanıb. Onlara müvafiq tapşırıq və tövsiyələr verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.