Salyandakı hərbi hissədə dini maarifləndirmə tədbiri təşkil olunub
25 avqust 2025, 01:16
Avqustun 22-də Salyan rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsi və Müdafiə Nazirliyinin Salyan rayonunda yerləşən “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Natiqlər qeyd ediblər ki, Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunmasında dini-mənəvi həmrəyliyin xüsusi rolu vardır. Çıxışçılar dini dəyərlərimizin milli birlik və vətənpərvərlik ruhunun formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Tədbir müzakirələrlə davam etdirilib.