İyunun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsi və Müdafiə Nazirliyinin Salyan rayonunda yerləşən “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin məsləhətçisi Ülvi Zeynallı və hərbçilər iştirak ediblər.
Natiqlər qeyd ediblər ki, milli-mənəvi dəyərlər gənclərin şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır, onların vətənə bağlılığını artırır və gələcək nəsillərin daha savadlı və məsuliyyətli yetişməsi üçün zəmin yaradır. Çıxışlarda həmçinin, ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı ilə bağlı mühüm mövzulara toxunulub.
Tədbir hərbçilərin fəal iştirakı ilə diskussiya və fikir mübadiləsi şəraitində davam edib.