Dekabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi, Salyan rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov, rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Əlişir Əliyev, rayon Təhsil şöbəsinin əməkdaşları, eləcə də gənclər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, Ölkəmizdə gələcəyimiz olan yeniyetmə nəslin Vətənə məhəbbət, xalqa hörmət, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük önəm verilib. Vurğulanıb ki, Vətən müharibəsində gənclərimizin göstərdiyi igidliklər uşaqların tərbiyəsinə öz müsbət təsirini göstərib.
Tədbirdə, eyni zamanda dövlətimiz tərəfindən milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan da danışılıb.