Salyanda “Şəhadət” sənədli filmi nümayiş etdirilib
25 noyabr 2017, 03:31
Noyabrın 24-də Salyan rayonu  Əliağa Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəb-liseydə “Şəhadət“ sənədli filmi nümayiş etdirilib.
TədbirdəDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov,Salyan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev, eyni zamanda liseyin müəllim və şagird heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyəti başçısı Aparatının(RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı  Aqşin Babayev bildirib ki, son zamanlar dünyada meydana gələn dini radikalizm, dini ekstremizm kimi mənfi meyillər Azərbaycandan da yan keçməyib. Radikal dini təriqətlərin təsiri altına düşən insanlar ailələrini, doğma torpaqlarını ataraq silahlı münaqişələrə qoşulub və əksəriyyəti də  məhv olublar.
Qeyd edib ki, son bir neçə ildə dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işləri aparılır. Bu baxımdan DQİDK-nın sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filmi böyük əhəmiyyətə malikdir.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.