Sentybarın 18-də Salyan Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Ədalət və sülhün qorunmasında dinin önəmi” mövzusunda Salyan şəhəri 8 saylı tam orta məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin məsləhətçisi Ülvi Zeynallı, təşkilatçı qurumların nümayəndələri, din xadimləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, din tarixən cəmiyyətlərdə ədalətin və mənəvi dəyərlərin qoruyucusu olmuşdur. Vurğulanıb ki, bu gün biz dini yalnız ibadət çərçivəsində deyil, həm də sülhə, tolerantlığa və qarşılıqlı hörmətə çağıran güclü bir mənəvi dayaq kimi qiymətləndirməliyik. Diqqətə çatdırılıb ki, gənclərimizin milli-mənəvi dəyərlər ruhunda yetişməsi, sağlam və radikalizmə qarşı dayanıqlı cəmiyyətin formalaşmasında əsas rol oynayır.