Salyanda “İslamda həmrəyliyin əhəmiyyəti” layihəsi çərçivəsində tədbir keçirilib
25 avqust 2017, 09:27
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Salyan rayonu “Xurşud” kənd məscidi dini icması tərəfindən “İslamda həmrəyliyin əhəmiyyəti” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
TədbirdəDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Salyan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev, “Xurşud” kənd məscidi dini icmasının sədri Əli Beybudov, eləcə də məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiriAzər Sadıqov tolerantlıq və dini dözümlülüyün Azərbaycan cəmiyyətinin tərkib hissəsi olduğunu deyib, müxtəlif xalqlar, etnik qruplar arasında olan mehribanlıq, qarşılıqlı hörmət və bərabərliyin bu gün də davam etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O,həmçinin ölkəmizdə mövcud olan bu mühitin digər ölkələr üçün nümunə olduğunu qeyd edib. Natiq keçirilən maarifləndirici tədbirlərin önəmindən də söz açıb.
Daha sonra Salyan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev bildirib ki, ölkəmizdə bu ilin “İslam Həmrəyliyi İli” elan olunmasının başlıca məqsədi müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir.
Salyan rayonu “Xurşud” kənd məscidi dini icmasının sədri Əli Beybudov dövlətin dinə və din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib, müqəddəs Qurani-Kərimdən ayələr sitat gətirərək İslamda tolerantlığa və həmrəyliyə verilən əhəmiyyətdən danışıb.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.