Fevralın 11-da Şabran rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin təşkilatçılığı və Şabran Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ramazan – sülh, yardımlaşma və həmrəylik ayı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Elxan Əsgərov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Vasif Əhmədov, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Cavanşir Əfəndiyev, din xadimləri, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Ramazanın sülh, mərhəmət və mənəvi yenilənmə ayı, insanları bir-birinə daha da yaxınlaşdıran müqəddəs bir ay olduğu vurğulanıb. Dini azadlıqların milli-mənəvi dəyərlərimizin əsas prinsiplərindən biri olduğu qeyd edilib.
Tədbir müzakirələrlə davam etdirilib.