Noyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, QMİ-nin Sabirabad rayonu üzrə nümayəndəliyi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Cəfərsadiq Cəfərli, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə qazanılan böyük Qələbədən bəhs edilib. Eyni zamanda müharibənin gedişində və sonrasında nümayiş etdirilən milli birliyin, dini həmrəyliyin əhəmiyyətli rol oynadığı vurğulanıb.