Sabirabadda “Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib
26 yanvar 2024, 08:54

Yanvarın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Sabirabad rayonunda “Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Cəfərsadiq Cəfərli, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb, mənəvi dəyərlərimizin təbliği istiqamətində görülən işlərdən bəhs olunub. Bu sahədə din xadimlərinin üzrərinə böyük məsuliyyət düşdüyü diqqətə çatdırılıb. 

Tədbir müzakirələrlə davam edib.