Dekabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Sabirabad rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Radikal ideologiyaların qarşısının alınmasında maarifləndirmənin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin aparıcı məsləhətçisi Cəfərsadiq Cəfərli, QMİ-nin səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Rayon İcra Hakimiyyətinin əməkdaşı Nazim Sultanov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda radikal ideologiyaların qarşısının alınmasında maarifləndirmənin rolundan bəhs olunub. Dini radikalizmin mahiyyəti və onun yaranma səbəbləri barədə məlumat verilib. Radikalizmə qarşı mübarizənin ən effektiv yolunun düzgün maarifləndirmə olduğu bildirilib.