Avqustun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Sabirabad rayon İcra Hakimiyyəti və Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatıçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin yeri” mövzusunda tədbir keçirilib.
Keçirilən tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Cəfərsadiq Cəfərli, Sabirabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları və mədəniyyət işçiləri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin zənginləşməsi istiqamətində yeni mərhələnin əsasını qoyub. Azərbaycanda yaşayan müxtəlif millət və dinlərin nümayəndələri arasında tarixən həmrəylik, sülh və vəhdət hökm sürür, xalqımızın milli-mənəvi dəyərlər sistemində humanizm və sülhsevərlik əsas yer tutur. Bu gün də cənab prezident İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına xüsusi diqqət və qayğı göstərilir
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.