Sabirabadda maarifləndirmə tədbiri keçirilib
07 dekabr 2022, 07:26

Dekabrın 7-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi,  Sabirabad Rayon İcra Hakimiyyəti (RİH) və QMİ-nin Sabirabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda  tədbir keçirilib. 

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Cəfərsadiq Cəfərli, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini  Əliabbas Həsənov, QMİ-nin səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov din xadimləri və  dini icma sədrləri iştirak etmişdirlər. 

Çıxışlarda Azərbaycanın tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşadığı bildirilib. Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmindən bəhs olunub.