Sabirabadda dini radikalizm və ekstremizm mövzusu müzakirə edilib
11 mart 2022, 10:25

Martın 11-də Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində Sabirabad  Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Sabirabad Rayon Gənclər və İdman İdarəsi və Rayon Təhsli  Şöbəsinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm  təhlükəsindən qoruyaq”  mövzusunda  maarifləndirici  tədbir keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Əliabbas Həsənov,  Sabirabad RİH-nin əməkdaşı Nazim Sultanov, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Murad Həsənli, Rayon Təhsli  Şöbəsinin əməkdaşı Asif Əyyubov,   müəllimlər və tələbələr iştirak ediblər.

Çıxışlarda mövzunun aktuallığından danışılıb. Bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadları barədə məlumat verilib. Bu sahədə dini maarifləndirmə işinin önəmi vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.