Sabirabadda din xadimlərinin iştirakı ilə tədbir keçirilib
07 yanvar 2025, 07:01

Yanvarın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Sabirabad Rayon İcra Hakimiyyəti və QMİ-nin Sabirabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Dini icmaların 2024-cü il üçün yekun hesabatı və cari il üçün görüləcək işlər barədə” mövzusunda tədbir keçirilib.  
DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Cəfərsadiq Cəfərli, Sabirabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, din xadimləri və dini icma sədrləri iştirak ediblər. 
Çıxışlarda dini maarifləndirmə işinin düzgün aparılmasında din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyü bildirilib. Dini icmalar və din xadimlərinin ötən ilin yekunlarına dair hesabatı dinlənilib, 2025-ci ildə görüləcək işlər müzakirə olunub.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.