Sabirabadda din xadimləri və dini icma sədrlərinin iştirakı ilə tədbir keçirilib
07 yanvar 2024, 08:35

Yanvarın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Sabirabad Rayon İcra Hakimiyyəti (RİH), QMİ-nin Sabirabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə dini icmaların 2023-cü il üçün yekun hesabatı və cari il üçün görüləcək işlərinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Cəfərsadiq Cəfərli, Sabirabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Əliabbas Həsənov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Dini icmaların və din xadimlərinin ötən ilin yekunlarına dair hesabatı dinlənilib. 2024-cü ildə görüləcək işlərlə bağlı din xadimlərinə və dini icma sədrlərinə müvafiq tapşırıq və tövsiyələr verilib. 

Tədbir müzakirələrlə davam edib.