Aprelin 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və “Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşı Mirəli Məmmədov, dini icma sədrləri, din xadimləri və gənclər iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. Ölkəmizdə xalqımızın zəngin mənəvi dəyərlərinin milli birliyimizin möhkəmlənməsindəki əhəmiyyəti vurğulanıb. Ölkəmizdə yaşayan müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələri arasında tarixən həmrəylik, sülh və vəhdətin hökm sürdüyü, xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemində humanizm və sülhsevərliyin əsas yer tutduğu qeyd edilib.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.